“Turan Tovuz” daha bir braziliyalı gətirdi

“Turan Tovuz” klubu növbəti transferini açıqlayıb.

Komanda.az xəbər verir ki, braziliyalı futbolçu Bruno Qonçalves do Prado (Brunao kimi tanınır) ilə 1 illik rəsmi müqavilə imzalanıb.

26 yaşlı oyunçunun son klubu Portuqaliya “Leyşoyş”u olub. O, daha öncə “Aroka” (Portuqaliya), “Vila Nova” və “Baiya” (hər ikisi Braziliya) komandalarının da şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button