“Turan Tovuz” azarkeşlərinə görə cərimə ödəyəcək

AFFA İntizam Komitəsi “Turan Tovuz”u azarkeşlərinə görə 1800 manat cərimələyib.

Komanda.az xəbər verir ki, buna səbəb Azərbaycan Premyer Liqasının 24-cü turunda “Neftçi” ilə keçirilən ev oyununda qeydə alınan neqativ hallar olub.

Azarkeşlərinin meydana kənar əşya atmaları Tovuz təmsilçisinin 800 manat cərimələnməsinə yol açıb. Bundan başqa, tovuzlular rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndiriblər. Bu hal mövsümdə üçüncü dəfə yaşandığından, “Turan Tovuz” daha 1000 manat ziyana düşüb.

Eyni zamanda, qonaq komandanın azarkeşlərinin olduğu sektorda sındırılan 6 ədəd oturacağa görə stadiona dəyən zərər “Neftçi” tərəfindən ödənilməlidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button