“Turan Tovuz”da albaniyalı hücumçu
“Turan Tovuz” növbəti transferini rəsmiləşdirib.
Komanda.az xəbər verir ki, albaniyalı hücumçu Belaydi Pusi ilə 6 ay+1 il müddətinə rəsmi müqavilə bağlanıb.
Mövsümün sonunda onun çıxışı məşqçilər korpusunu razı salarsa, müqavilənin növbəti 1 illik hissəsi qüvvəyə minəcək.
“Vlajniya”nın yetirməsi olan 25 yaşlı futbolçu, son olaraq Albaniyada “Skenderbeu”nun formasını geyinib. O, cari mövsümdə çıxdığı 12 oyunda 6 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin