“Traktor” doğma meydanda uduzdu
Futbol üzrə İran çempionatında 8-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktor” da növbəti matçına çıxıb.
Təbriz klubu doğma meydanda “İstiqlal”la qarşılaşıb. “Xəzər Lənkəran”ın türkiyəli sabiq baş məşqçisi Mustafa Dənizlinin çalışdırdığı “traktorçular” bu oyundan məğlubiyyətlə ayrılıblar – 2:4.
Təbrizin digər təmsilçisi “Maşinsazi” isə bir gün əvvəl səfərdə “Persepolis”lə heç-heçəyə razılaşıb – 0:0.
“Traktor” hazırda 17 xalla 16 kollektiv arasında 2-ci, “Maşinsazi” isə 9 xalla 11-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin