“Trabzonspor” yeni baş məşqçisini açıqladı
Türkiyənin “Trabzonspor” klubunun yeni baş məşqçisi bəlli olub.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisini yeni mövsümdən Eddi Nyuton çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Buna qədər Trabzon təmsilçisinin əsas komandasında köməkçi-məşqi kimi çalışan 48 yaşlı ingilis mütəxəssis baş məşqçi təyin olunub.
Qeyd edək ki, “Trabzonspor”un sonuncu baş məşqçisi Hüseyin Çimşirin istefasından sonra bu post müvəqqəti olaraq məhz Nyutona tapşırılmışdı. Komanda onun rəhbərliyi altında Super Liqada “Kayserispor”a qarşı keçirdiyi son oyunda 2:1 hesablı səfər qələbəsinə sevinib və mövsümü ikinci pillədə başa vurub. Türkiyə kubokunun finalında isə “Alanyaspor”u 2:0 məğlub edən trabzonlular baş mükafata sahib çıxıblar.
Eddi Nyuton ilk dəfə baş məşqçi kimi çalışacaq. O, “Trabzonspor”dan öncə “Çelsi” və “Vest Bromviç”də də köməkçi kimi çalışıb.
Bizi Facebook-da izləyin