“Trabzonspor” “Parma” və “Roma”nın futbolçularını transfer etdi

Türkiyənin “Trabzonspor” klubu heyətini iki yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi A Seriyasında çıxış edən Jervinyo və Bruno Peresi heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Parma”dan transfer olunan Jervinyo yeni klubu ilə 2 illik müqavilə bağlayıb. “Roma”dan gələn Bruno Peres isə 3 illik sözləşməyə imza atıb. Onların hər ikisi Trabzon təmsilçisinə azad agent statusunda keçib. Jervinyo yeni komandasında “27”, Peres isə “33” nömrəli formanı geyinəcək.

Sağ cinah müdafiəçisi olan Bruno Peres Super Liqa klubunda ilinə 1 milyon 200 min avro qazanacaq. 31 yaşlı braziliyalı futbolçu hər mövsüm əlavə olaraq 500 min avro imza haqqı alacaq. O, karyerası ərzində “Audaks”, “Braqantino”, “Quarani”, “Santos”, “Torino”, “San Paulo” və “Sport Resife” klublarında da çıxış edib. Bruno 2016-cı ildən “Roma”nın formasını geyinirdi.

Jervinyo isə ilinə 1.5 milyon avro qazanacaq. Fil Dişi Sahilindən olan 33 yaşlı hücumçu, hər mövsüm üçün əlavə olaraq 650 min avro imza haqqı alacaq. Ölkəsinin yığmasında 86 oyun keçirib 23 qol vuran Jervinyo, 2018-ci ildən “Parma”da çıxış edirdi. O, daha öncə “Hebey”, “Roma”, “Arsenal” (London), “Lill”, “Le Man”, “Beveren” komandalarının da formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button