“Fənərbaxça”dan çətin qələbə
Futbol üzrə Türkiyə Super Liqasında 27-ci tura start verilib.
Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. “Adana Dəmirspor” – “Antalyaspor” matçında qalib müəyənləşməyib. Hər keçən tur çempionluğa bir az da yaxınlaşan “Trabzonspor” isə “Kayserispor”la üz-üzə gəlib. İlk yarıda iki qol buraxan Trabzon təmsilçisi fasilədən sonra üç qol vurmaqla əzmkar qələbəyə sevinib.
“Beşiktaş” səfərdə “Sivasspor”la qarşılaşıb. İstanbul təmsilçisi səfərdə çətin qələbəyə sevinib. İstanbulun digər təmsilisi “Başakşəhər” isə doğma meydanda “Fatih Karagümrük”ə məğlub olub.
Bazar günü daha beş qarşılaşma baş tutub. “Altay” “Qaziantep”i, “Girəsunspor” “Göztəpə”ni, “Alanyapor” “Konyaspor”u, “Hatayspor” isə “Yeni Malatyaspor”u məğlub yola salıb. “Qalatasaray” da “Rizəspor”la ev oyunundan qalib ayrılıb.
Tura “Kasımpaşa” – “Fənərbaxça” görüşüylə yekun vurulub. Üç qolun qeydə alındığı oyun İstanbul təmsilçisinin qələbəsiylə yekunlaşıb.
Türkiyə Super Liqası, 27-ci tur
25 fevral
Adana Dəmirspor – Antalyaspor 0:0
Trabzonspor – Kayserispor 3:2
Qol: Vişça, 49. Djanini, 59. Nvakaeme, 90+9-pen – Qavranoviç, 24; Tiam, 45+1.
26 fevral
Başakşəhər – Fatih Karagümrük 1:2
Qol: Trezeqe, 25 – Borini, 39. A.Musa, 41.
Sivasspor – Beşiktaş 2:3
Qol: Yatabare, 26. Fajr, 85 – Batşuayi, 12; 73. Gezzal, 43.
27 fevral
Altay – Qaziantep 3:2
Qol: Tasiano, 10. D.Ərdoğan, 22-öz qapısına. Poko, 51 – Maksim, 18; 26.
Girəsunspor – Göztəpə 3:1
Qol: U.Nayir, 27. A.Peres, 5. M.Gümüşkaya, 69 – Di Santo, 75.
Alanyapor – Konyaspor 5:1
Qol: Kandeyas, 26. U.Günəş, 33. Dyedyu, 38. Novais, 42. O.Aydın, 87 – A.Bardakçı, 11.
Qalatasaray – Rizəspor 4:2
Qol: Van Anholt, 40; 87. Babel, 70-pn. Qomis, 90+8 – Fernandes, 8. Boyd, 49.
Hatayspor – Yeni Malatyaspor 5:2
Qol: El Kaabi, 21; 34; 84. Benziya, 25. Sent-Luis, 89 – Diko, 70; 80.
28 fevral
Kasımpaşa – Fənərbaxça 1:2
Qol: Muleka, 68 – Zayç, 6. Salai, 90+1.
Bombardir: Aleksandar Peşiç (Fatih Karagümrük), Umut Bozok (Kasımpaşa), Andreas Kornelius (Trabzonspor) – 12 qol.
Bizi Facebook-da izləyin