Tovuzda gərgin anlar
“Turan-Tovuz” Azərbaycan Premyer Liqasının 7-ci turunda “Araz-Naxçıvan”ı qəbul edir.
Komanda.az-ın Tovuza ezam olunmuş əməkdaşı xəbər verir ki, “Araz-Naxçıvan” “Turan Tovuz”la matçın 55-ci dəqiqəsində qol vuraraq üstünlüyünü 2:1-ə çatdırıb.
Qol sevincini tovuzlu azarkeşlərin gözü önündə qeyd edən Felipe Santos azarkeşlər tərəfindən plastik su qabları ilə “atəş”ə tutulub.
Azarkeşlər ilk qoldan sonra sevincini emosional şəkildə qeyd edən “Araz-Naxçıvan”ın tribunada əyləşən rəhbərliyinə də ciddi təzyiq göstərib, yerinə oturmasını tələb edib.
“Araz-Naxçıvan” hazırda 2:1 hesabı ilə qalib gəlir.
Fəxri Rüstəmli
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin