Eriksenə daha bir təklif: İllik 12 milyon avro məvacib

“Tottenhem”lə müqaviləsi cari mövsümün sonunda bitəcək Kristian Eriksen daha bir klubun transfer hədəfindədir.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, PSJ 27 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir. Paris klubu futbolçuya illik 12 milyon avro olmaqla, 2025-ci ilin yayınadək müqavilə təklif edib.

Bundan başqa, danimarkalı futbolçu “İnter”in də maraq dairəsindədir. İtaliya təmsilçisi “Barselona”dan Arturo Vidalı transfer edə bilməsə, əsas üstünlüyü Eriksenə verəcək.

Futbolçu bir müddət əvvəl “Tottenhem”in yeni müqavilə təklifindən imtina etmişdi. London klubu onu azad agent kimi buraxmamaq üçün qışda satmağı düşünür.

Eriksenin adı uzun müddətdir “Real”la yanaşı çəkilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button