“Buna görə ağlayası deyilik” – “Tottenhem”in futbolçusu
“Tottenhem”in futbolçusu Lukas Moura Çempionlar Liqasının 1/8 finalında “Leyptsiq”ə məğlub olduqları oyun haqda danışıb.
Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, braziliyalı hücumçu növbəti mərhələyə yüksəlmək şanslarının olduğunu deyib:
“Oyun hələ bitməyib, vəziyyəti dəyişə bilərik. İstədiyimiz nəticəni əldə edə bilmədik. Qol vurmaq üçün lazım olan hər şeyi etdik.
Düzdür, ilk matçı uduzduq, ancaq bu, son deyil. Yaxşı hazırlaşacağıq və əminəm ki, daha da irəli gedə bilərik. Bizim qol vura biləcək güclü futbolçularımız var. “Tottenhem” iki güclü hücumçusunu itirib, ancaq buna görə ağlayası deyilik. Bu, futboldur”.
“Tottenhem” ilk matçda doğma azarkeşləri qarşısında “Leyptsiq”ə 0:1 hesabıyla uduzub. Komandalar arasındakı cavab oyunu martın 10-da keçiriləcək.
Bizi Facebook-da izləyin