“Tottenhem” niderlandlı futbolçu transfer edir

“Volfsburq” klubunun müdafiəçisi Mikki van de Ven “Tottenhem”ə keçməyə yaxındır.

Komanda.az “TalkSport”-a istinadən xəbər verir ki, ingilislər 22 yaşlı futbolçu ilə müqavilənin şərtlərinə dair razılıq əldə ediblər.

Niderlandlı oyunçu 2021-ci ilin avqustundan Bundesliqa təmsilçisində çıxış edir. O, başa çatan mövsümdə 36 oyuna çıxıb, bir qol vurub və iki məhsuldar ötürmə edib.

Mikki van de Ven DÇ-2022-də Niderland milli komandasının heyətində yer alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button