“Tottenhem” futbolçusunu satdı

“Lester” heyətini iki yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, bu yay Premyer Liqanı tərk edən və növbəti mövsümü Çempionşipdə keçirəcək bu klub “Tottenhem”in yarımmüdafiəçisi Harri Uinkslə “Vulverhempton”un müdafiəçisi Konor Koadini transfer edib.

Hər iki futbolçu ilə 3 illik müqavilə imzalanıb. Uinks üçün “Tottenhem”ə 11,6 milyon avro ödəyən lesterlilər, Koadiyə görə də 8,7 milyon avrodan keçiblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button