Amorim “Mançester Yunayted”də nəyə üstünlük verəcəyini açıqladı

“Mançester Yunayted”in yeni baş məşqçisi Ruben Amorim komandada necə çalışmağa başlayacağını açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı şəxsiyyətin onun üçün çox vacib olduğunu bildirib:

“Şəxsiyyət mənim üçün çox vacibdir. Ona görə də, ilk gündən biz bu aspekt üzərində işləyəcəyik. Topla necə oynamaq və qollar vurmaq kiçik şeylərdir. Buna görə də, əsas bir şey seçmək lazımdırsa, o zaman ilk məqsəd şəxsiyyətdir”.

Amorim “Mançester Yunayted”in “sükanı arxasında” niderlandlı mütəxəssis Erik ten Haqı əvəzləyib.

“Qırmızı şeytanlar” İngiltərə çempionatının 11 turundan sonra 15 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button