
Top əvəzinə rəqibin ayaqlarının arasına vurdu – VİDEO
“Atletiko Mineyro”nun yarımmüdafiəçisi Hulk Braziliya çempionatının 3-cü turunun “Koritiba” ilə matçında (2:2) rəqibini ayaqlarının arasından vurub.
Komanda.az xəbər verir ki, hadisə matçın 67-ci dəqiqəsində baş verib. Halk “Koritiba”nın futbolçusu ilə mübarizədə top əvəzinə rəqibin ayaqlarının arasına zərbə endirib. O, bu hərəkətinə görə sarı vərəqə alıb.
Oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Çempionatın üç turundan sonra “Atletiko Mineiro” 7 xalla turnir cədvəlinə başçılıq edir.
Halk karyerası ərzində “Portu”,” Zenit” kimi klublarda forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin