“Kroosu yaxından görmək əsl zövqdür” – Bellingem

“Real”ın yeni transferi Çud Bellingem komandadakı təəssüratlarını bölüşüb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, 20 yaşlı futbolçu məşqlər haqqında da danışıb:

“Hər an sevincdir, həqiqətən də, əylənirəm. Komanda yoldaşlarımı çox bəyənirəm, məşqçilər korpusundan çox şey öyrənirəm.

Toni Kroos maestrodur. Diqqət etdiyim əsas şey onun ötürmələridir. Biz cəmi bir həftədir buradayıq və hələ də bacarıqlarımızı inkişaf etdiririk ki, bu, normaldır. Amma kənardan müşahidə etdikdən sonra Kroosu yaxından görmək əsl zövqdür”.

Bellingem iyun ayında Dortmund “Borussiya”sından “kral klubu”na keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button