Pioli: “Tonalinin mərc oynama vərdişindən xəbərim yox idi”
“Milan”ın baş məşqçisi Stefano Pioli mərc etdiyi üçün cəzalandırılan “Nyukasl”ın italiyalı yarımmüdafiəçisi Sandro Tonali ilə bağlı vəziyyətdən danışıb.
Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis, futbolçularla kifayət qədər yaxşı münasibəti olduğunu bildirib:
“Onun futbolçu keyfiyyətlərinə şübhə yoxdur. “Nyukasl” şübhəsiz ki, əla oyunçu ilə müqavilə imzaladı. Tonalinin mərc oynama vərdişindən xəbərim yox idi. Düşünürəm ki, futbolçularla kifayət qədər yaxşı münasibətim var. Mən onlarla hər şeyi danışmağa çalışıram. Amma biz həmişə onlar haqda hər şeyi bilə bilmərik. Heç kim bunun transferdən sonra baş verəcəyini təxmin edə bilməzdi”.
“Nyukasl”a “Milan”dan keçən italiyalı futbolçu qanunsuz mərc oynadığına görə oktyabr ayında 10 aylıq diskvalifikasiya edilib. Tonali indi İngiltərə Premyer Liqasında mövsümün qalan hissəsini, eləcə də, 2024-cü il Avropa çempionatını buraxacaq.
Bizi Facebook-da izləyin