“Tuxel bizimlə çox fəxr edir” – Keyn

“Bayern”in hücumçusu Harri Keyn dünən komandanın “Arsenal”ı məğlub edərək Çempionlar Liqasının yarımfinalına yüksəlməsinə töhfəsini verən baş məşqçi Tomas Tuxelə dəstəyini ifadə edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu, almaniyalı çalışdırıcının bu yarışda uğur qazanmaları üçün əlindən gələn hər şeyi etdiyini bildirib:

“O, bizimlə çox fəxr edir. Artıq Tomasa klubda olduğu müddətdə onu dəstəkləyəcəyimizi söylədim. Tuxel bu yarışda uğur qazanmağımız üçün əlindən gələn hər şeyi edir. Biz həqiqətən də, bir araya gəlib Tuxelin klubdan yüksək notlarla ayrılmasına kömək edə biləcəyimizi hiss edirik”.

Tomas Tuxel bu mövsümün sonunda “Bayern”dən ayrılacaq.

“Bayern” Çempionlar Liqasının yarımfinalında “Real”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button