
Tomas Bax yenidən prezident seçildi
Tomas Bax ikinci dəfə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti seçilib.
Komanda.az xəbər verir ki, seçki BOK-un 137-ci Sessiyasında baş tutub. Yeganə namizəd olan Baxın 93 nəfər lehinə, 1 nəfər isə əleyhinə səs verib. Tomas, növbəti 4 il müddətində quruma rəhbərlik edəcək.
Bax 2013-cü ildən BOK-un prezidentidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin