Tokio-2020: Azarkeş özü olmayacaq, səsi olacaq

Tokio-2020 olimpiadasında yarışlar zamanı əvvəlki olimpiadaların səslərindən istifadə ediləcək.

Komanda.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax məlumat verib. Komitə rəhbəri bildirib ki, idmançılar üçün müasir texnologiya – immersiv səs sistemindən istifadə olunacaq. Bu sistem əvvəlki olimpiadalardan qalan səsli dəstəyə əsaslanacaq:

“Hər bir idman növü üçün xarakterik səslərdən istifadə olunacaq. İdmançılar özlərini azarkeşlərin əhatəsində hiss edəcəklər”.

Tokio olimpiadası 23 iyul-8 avqustda keçiriləcək. Təşkilatçılar oyunları əcnəbi azarkeşlər olmadan keçirməyə qərar veriblər. Yerli tamaşaçıları da Yaponiyanın 6 prefekturasında, həmçinin Tokiodakı yarışlara buraxmayacaqlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button