“Motta məni “Yuventus”da qalmağa inandırdı”
“Yuventus”un mərkəz müdafiəçisi Qleyson Bremer klubu ilə yeni müqavilə imzalamağa qərar verməsinin səbəbini açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, İtaliya klubunda qalmaqdan məmnun olduğunu bildirib:
“Top-klublardan imtina etdim, çünki artıq böyük komandadayam. “Yuventus”da oynayıram və burada qalmağa qərar vermişəm. Baş məşqçi Tiaqo Motta məni qalmağa inandırdı. O, çox iddialı məşqçidir. Ümid edirəm ki, biz birlikdə böyük uğurlara nail olacağıq. Mən həqiqətən, yeni “Yuventus” layihəsinə inanıram”.
Bremer 2022-ci ilin yayında “Torino”dan “Yuventus”a keçib. “Liverpul” 27 yaşlı futbolçu ilə bu transfer pəncərəsində maraqlanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin