Teymur Rəcəbov final görüşündə heç-heçə etdi
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki dünya kubokunda dördüncü – sonuncu final görüşünü keçirib.
Komanda.az xəbər verir ki, 32 yaşlı qrossmeyster çinli rəqibi Dinq Lirenlə bu dəfə qara fiqurlarla qarşılaşıb.
Görüş 31-ci gedişdə heç-heçə ilə bitib. Bu nəticədən sonra ümumi hesab bərabər olduğundan, sabah “tay-breyk” olacaq.
Yarışın mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanacaq. Teymur Rəcəbovla Dinq Liren həlledici görüşə vəsiqə qazanmaqla İddiaçılar Turnirində iştirak hüququ da əldə ediblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin