Teymur Rəcəbov məğlub oldu
Şahmat üzrə Dünya Kubokunun final matçında çinli Dinq Lirenlə qarşılaşan azərbaycanlı qrossmeyster Teymur Rəcəbov 2-ci partiyanı başa vurub.
Komanda.az xəbər verir ki, həmyerlimiz 40-cı gedişdə təslim olub.
Rəcəbovun 23-cü gedişdəki səhvi həlledici olub. Ötən gün baş tutan ilk partiyada qeydə alınan heç-heçədən sonra bu gün uduzan Teymur hesabda geri düşüb – 0,5:1,5.
İndi qarşıdakı 2 partiyada şahmatçımız məğlub olmamaq şərti ilə ən azı 1 görüşdən qalib ayrılmalıdı ki, matç tay-brekdə keçsin.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin