Ter Ştegen: “Bu, futbol dünyası üçün ayıbdır”

“Barselona”nın qapıçısı Mark-Andre Ter Ştegen La Liqanın 32-ci turunda “Real”la oyunda (2:3) avtomatik qol aşkarlama sisteminin olmamasına münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı qolkiper bunun futbol dünyası üçün ayıb olduğunu bildirib:

“Bu, futbol dünyası üçün ayıbdır. Niyə hədəf aşkarlama sistemi yoxdur? Bu sənayedə kifayət qədər pul var, amma görünür, ən vacib şeylər üçün deyil. Bu, sadəcə olaraq, ayıbdır”.

Qapıçının sözlərini kataloniyalıların baş məşqçisi Xavi də dəstəkləyib.

“Real”in qapıçısı Andrey Lunin matçın 28-ci dəqiqəsində “Barselona”nın oyunçusu Lamin Yamalın vuruşundan sonra topa toxunaraq xətdən uzaqlaşdırıb. VAR bir neçə kameradan epizodu qiymətləndirib və hakim Sezar Soto Qradonun qol olmadığına dair qərarını dəstəkləyib.

“Real” 81 xalla İspaniya çempionatının turnir cədvəlinə başçılıq edir, “Barselona” 70 xalla 2-cidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button