Tennis üzrə ilk “Böyük Dəbilqə”nin qalibi məlum oldu

Tennis üzrə Avstraliya Açıq çempionatında (Australian Open) kişilərin fərdi mübarizəsində qalib bəlli olub.

Komanda.az xəbər verir ki, finalda ispaniyalı Rafael Nadalla rusiyalı Daniil Medvedev üz-üzə gəlib.

Qarşılaşma Nadalın 3:2 (2:6, 6:7, 6:4, 6:4, 7:5) hesablı qələbəsi ilə bitib. İlk iki setdə Medvedev qələbə qazanıbsa, növbəti 3 setdə 36 yaşlı raketka ustası rəqibinə şans verməyib.

“Böyük Dəbilqə” seriyalı turnirlərdə 21-ci dəfə çempion olan Rafael Nadal isveçrəli Roje Federer və serbiyalı Novak Cokoviçi geridə qoyaraq yeni rekorda imza atıb.

Qadınların fərdi mübarizəsində qalib adını finalda ABŞ tennisçisi Daniel Kollinzi yenən avstraliyalı Eşli Barti qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button