Ten Haqın taleyi 2 oyundan asılıdır
Erik Ten Haq yaxın gələcəkdə “Mançester Yunayted”in baş məşqçisi vəzifəsindən qovula bilər.
Komanda.az TEAMtalk-a istinadən xəbər verir ki, niderlandlı çalışdırıcının taleyini “qırmızı şeytanlar”ın “Portu” və “Aston Villa” ilə qarşıdakı matçların həll edəcəyi barədə məlumatlar var.
“Mançester Yunayted”in baş məşqçi postuna əsas namizədlər Eddi Hou və Qrem Potterdir. Onlardan birincisi “Nyukasl”ı çalışdırır, ikincisi isə hazırda işsizdir.
Bundan başqa, Qaret Sautqeyt və Simone İnzaqi (“İnter”) də “qırmızı şeytanlar”ın “radar”ındadır.
“Mançester Yunayted” hazırda Premyer Liqada turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin