“Ayaks”ın baş məşqçisindən onu istəyən klublara cavab
Son vaxtlar adı “Barselona”, “Bavariya” və “Çelsi” kimi klublarla yanaşı çəkilən “Ayaks”ın baş məşqçisi Erik ten Haq məsələylə bağlı açıqlama verib.
Komanda.az Hollandiya mətbuatına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis, “Ayaks”da qalmaq istədiyini deyib:
“Adımın “Barselona”, “Bavariya” və “Çelsi” kimi klublarla yanaşı çəkilməsi gözəldir, amma hazırda bir müqaviləm var. Bundan başqa, burda yaxşı vaxt keçirirəm. “Ayaks”da özümü yaxşı hiss edirəm. Növbəti mövsüm üçün planlar qurmağa başlamışıq. Hazırda klubdan ayrılmağı düşünmürəm”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin