“Ten Haq heç vaxt tərəddüd etmir”
“Mançester Yunayted”in məşqçilər heyətinin keçmiş üzvü Stiv Maklaren komandanın baş məşqçisi Erik ten Haqın komandaya gətirdiyi nizam-intizamdan danışıb.
Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, Maklaren, niderlandlı çalışdırıcının bir vaxtlar hücumçu Markus Reşfordu necə cəzalandırdığını xatırladıb:
“Vulverhempton”la oyundan əvvəl Reşford bir-iki dəqiqə gecikmişdi. Ten Haq onu skamyaya oturtdu. Sonda o, əvəzetmədən meydana çıxıb qələbə qolunu vurdu. Ten Haq üçün intizam, standartlar və davranış çox vacibdir. Bunu “Mançester Yunayted”də hamı bilir. Onun kluba gətirdiyi budur. Bəzilərinin xoşuna gəlmir, amma o, heç vaxt tərəddüd etmir. Bu, onun gücüdür”.
“Mançester Yunayted” bu gün Avropa Liqasının ilk turu çərçivəsində “Tvente”ni qəbul edəcək.
Bizi Facebook-da izləyin