Ten Haq razı qalıb
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq UEFA Avropa Liqasının 1/8 finalının “Betis”lə ilk oyununu (4:1) şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, İspaniya klubunun bərabərlik qolundan sonra meydanda xarakter nümayiş etdirdiklərini deyib:
“Futbolçularımın oyunundan razı qaldım. Həm topla, həm də topsuz yaxşı oynadıq. Pressinq tətbiq etdik, təzyiq göstərdik. Rəqibə qol imkanları yaratmaqda çətin anlar yaşatdıq. “Betis” bərabərlik qolunu vurduqdan sonra xarakter nümayiş etdirdik.
Rəqibimiz gözəl komandadır. Onlar İspaniya La Liqasında “Real”dan xal ala biliblər. Elə bu səbəbdən, növbəti mərhələyə çıxmaq istəyiriksə, çox yaxşı oynamalıyıq”.
“Betis” – “Mançester Yunayted” cütünün cavab qarşılaşması martın 16-da keçiriləcək.
Bizi Facebook-da izləyin