Ten Haq hücumçularını təriflədi

“Mançester Yunayted”in baş məşqçisi Erik Ten Haq komandasının hücumçularının çıxışından danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı qol şansları yaratdıqlarına görə Premyer Liqada üçüncü olduqlarını bildirib:

“Çoxlu şanslar yaradırıq, qol şanslarına görə Premyer Liqada üçüncüyük. Biz rəqibin cərimə meydançasında öz oyunumuzu yaxşılaşdırmalıyıq. Əminəm ki, bizim hücumçularımız buna qadirdir”.

“Mançester Yunayted” Premyer Liqanın turnir cədvəlində 6 oyundan sonra 7 xalla 13-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button