Ten Haq: “Mən qalib gəlmək üçün buradayam”
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq uğursuz dönəmdən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı qalib gəlmək üçün burada olduğunu bildirib:
“Mançester Yunayted”i çalışdıran zaman bilirsən ki, səni digər klublardan daha sərt mühakimə edəcəklər. Tənqidlə məşğul olmamalı və ondan böyük bir şey götürməməli, diqqətinizi gördüyünüz işlərə yönəltməlisiz. Bu, komandanı idarə etmək və ondan maksimum nəticə əldə etməkdir. Bir insan olaraq sizin haqqınızda mənfi fikirlərə fokuslanmayın. Bu, prosesə kömək etmir və mən qalib gəlmək üçün buradayam. Ona görə də, komandama istiqaməti təyin etdiyimi göstərməliyəm”.
“Mançester Yunayted” İngiltərə Premyer Liqasının ilk 6 turundan sonra 7 xal toplaya bilib.
Bizi Facebook-da izləyin