Ten Haq: “Qələbə qazanmağın yolunu tapdıq”
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə kubokunun 1/8 finalında “Nottingem Forest” üzərində qazanılan qələbədən (1:0) danışıb.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, komandanın çıxışından razı qaldığını və qürur duyduğunu söyləyib:
“Qələbə qazanmağın yolunu tapdıq. Komandamız sabitlik nümayiş etdirdi. 2024-cü ildə bir dəfə uduzduq. Biz sabitik. Bütün arxa xətti qarışdırmaq, oyunçuları müxtəlif mövqelərdə oynamaları üçün dəyişmək o qədər də asan deyil. Mən bunu etdiyimiz üçün çox qürur duyuram”.
2024-cü ildə “Mançester Yunayted” İngiltərə çempionatında 6 (dörd qələbə, bir heç-heçə və bir məğlubiyyət), həmçinin İngiltərə kubokunda 3 oyun (üç qələbə) keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin