Ten Haq onun satılmasını istəmir
“Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr komandanı tərk etməyə bilər.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, heyətdəki bəzi müdafiəçilər sıradan çıxdığı üçün baş məşqçi Erik ten Haq onun başqa kluba transfer edilməməsini istəyib.
Öncədən Maquayrın adı “Vest Hem”lə hallanırdı.
Maquayr 2019-cu ildən “qırmızı şeytanlar”ın formasını geyinir. Onun klubla müqaviləsi 2025-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin