Ten Haq haqda qərar verilib

“Mançester Yunayted”in yeni sahibləri baş məşqçi Erik Ten Haqın gələcəyi ilə bağlı qərar qəbul ediblər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klubun yeni sahibləri niderlandlı mütəxəssisin işinə heyran qalıblar və onu komandanın uzunmüddətli layihəsinin bir hissəsi kimi görürlər.

Ten Haq 2022-ci ilin yayından “Mançester Yunayted”ə rəhbərlik edir. Ümumilikdə o, bütün turnirlərdə 97 oyun keçirib ki, bunun da 60-ında komanda qalib gəlib, 11-ində heç-heçə edib, 26-sında məğlub olub.

“Qırmızı şeytanlar”ın 25 matçdan sonra 44 xalı var və Premyer Liqada 6-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button