Ten Haq özünü təriflədi
Erik ten Haq “Mançester Yunayted”in baş məşqçisi kimi fəaliyyətini dəyərləndirib.
Komanda.az “The Times”-a istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı Pep Qvardiola istisna olmaqla “Mançester Yunayted”in onun rəhbərliyi altında hamıdan çox kubok qazandığını bildirib:
“Mən təyin olunmazdan əvvəl “Mançester Yunayted” 6 il idi ki, kubok qazanmırdı. Bu iki mövsüm ərzində komanda Qvardiolanı saymasaq, İngiltərə futbolunda hamıdan çox kubok qazandı”.
Ten Haq 2022-ci ildə “qırmızı şeytanlar”ın baş məşqçisi vəzifəsinə keçib.
“Mançester Yunayted” ötən mövsüm Premyer Liqada uğursuz çıxış edərək, 8-ci yerdə qərarlaşıb. Bununla belə, Ten Haqın yetirmələri finalda “Mançester Siti”ni 2:1 hesabı ilə məğlub edərək, İngiltərə kubokunun qalibi olub.
Bizi Facebook-da izləyin