Ten Haq: “Vəziyyəti tərsinə çevirməliyik”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq komandasının Premyer Liqadakı vəziyyəti ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı komandasının düzgün istiqamətdə getdiyinə əmin olduğunu bildirib:

“Klubda heç kim bizim turnirdəki mövqeyimizdən razı deyil. Vəziyyəti tərsinə çevirməliyik. Amma komandanın düzgün istiqamətdə getdiyinə əminəm. “Mançester Yunayted” bu mövsüm uğurlu çıxış etmək iqtidarındadır. Mən artıq bu istiqamətdə düzgün addımların atıldığını görürəm”.

“Qırmızı şeytanlar” İngiltərə Premyer Liqasının 7 turundan sonra 8 xal toplayıb və turnir cədvəlində 14-cü yerdədir. Komanda növbəti oyunda “Brentford”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button