Ten Haq bu gün postundan qovula bilər
“Aston Villa” ilə “Mançester Yunayted” arasındakı qarşılaşma baş məşqçi Erik ten Haq üçün “qırmızı şeytanlar”la sonuncu oyun ola bilər.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” uduzsa, niderlandlı məşqçi postundan uzaqlaşdırıla bilər.
54 yaşlı mütəxəssis 2022-ci ilin yayından “qırmızı şeytanlar”a rəhbərlik edir.
İngiltərə çempionatının 7-ci turunun “Aston Villa” – “Mançester Yunayted” matçı bu gün Birmingemdəki stadionda keçiriləcək. “Qırmızı şeytanlar” bu qarşılaşmaya kimi 7 xal toplayıb və turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin