Ten Haq MY ilə yeni müqavilə bağlamasından danışdı
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq klubla müqaviləsinin uzadılmasına münasibət bildirib.
Komanda.az İngiltərə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı çox şad olduğunu deyib:
“Mən çox şadam ki, əməkdaşlığımızı davam etdiririk. Son iki ilə və iki kubokumuza qürurla baxa bilərik. Buraya ilk gəldiyim zamanla müqayisədə irəliləyiş əldə etdik. Qarşıda hələ çox gərgin iş var”.
“Qırmızı şeytanlar”ı 2026-cı ilə qədər niderlandlı mütəxəssis çalışdıracaq.
“Mançester Yunayted” İngiltərə Premyer Liqasının son mövsümündə turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin