Ten Haq: “Biz daha yaxşı müdafiə olunmalıyıq”

“Mançester Yunayted” dünən Avropa Liqasının 2-ci turu çərçivəsində səfərdə “Portu” ilə heç-heçə edib (3:3).

Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haq mətbuat konfransında bildirib ki, komandası müdafiədə yaxşı oynamağı bilir:

“Biz daha yaxşı müdafiə olunmalıyıq. Çox keçmədi ki, üç təmiz qolumuz oldu, ona görə də, yaxşı müdafiə olunmağı bilirik. Biz bu vərdişlərə qayıtmalıyıq”.

“Mançester Yunayted” növbəti matçını Premyer Liqa çərçivəsində, oktyabrın 6-da səfərdə “Aston Villa”ya qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button