Ten Haq 2 futbolçu ilə bağlı qərar verəcək
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq müdafiəçi Viktor Lindelöf və yarımmüdafiəçi Skott Maktomineyin gələcək karyerası ilə bağlı cari mövsümün sonuna kimi qərar verəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, yanvar ayında isveçli müdafiəçi Lindelöflə “İnter” və “Atletiko” maraqlanıb. Şotlandiyalı yarımmüdafiəçi isə “Nyukasl”ın transfer siyahısındadır.
Cari mövsümdə Lindelöf “qırmızı şeytanlar”ın heyətində bütün turnirlər daxil olmaqla 21 oyuna çıxıb. Maktominey isə 32 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
“Mançester Yunayted” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 50 xalla üçüncüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin