Ten Haq derbi öncəsi həmkarı haqda danışdı
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola haqda fikirlərini bölüşüb.
Komanda.az “UtdDistrict”-ə istinadən xəbər verir ki, niderlandlı “Bayern”də çalışdığı müddətdə ispaniyalı mütəxəssisdən öyrəndiklərini dilə gətirib:
“Onunla işlədiyim vaxt öyrəndiyim ən yaxşı şey təşəbbüsü ələ almaq istəyi idi. Futbolda nəticə önəmlidir. Ən yaxşı futbol matçı təkcə qələbədən ibarət deyil. Həm də azarkeşləri əyləndirmək lazımdır”.
Bu gün İngiltərə Premyer Liqasının 20-ci turu çərçivəsində “Mançester Yunayted” evdə “Mançester Siti”ni qəbul edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin