Ten Haq: “Çox asan qollar buraxdıq”
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə Federasiya kubokunun “Mançester Siti” ilə final matçından sonra (1:2) danışıb.
Komanda.az “BBC Sport”-a istinadən xəbər verir ki, o, çox asan qollar buraxdıqlarını söyləyib:
“Əlbəttə, məyusam. Təkcə mən yox, bütün komanda eyni durumdadır. Lakin futbolçularımla fəxr edirəm. Çox asan qollar buraxdıq. Buna baxmayaraq, meydançada komanda ruhu hiss etdim.
Biz xarakter göstərdik. Məğlubiyyət bizi daha da yaxşılaşdıracaq. Çətin sınaqdan keçə bilmədik, amma nəticə çıxaracağıq”.
“Şəhərlilər” tarixində 7-ci dəfə İngiltərə kubokunun qalibi olub. Rekord isə “Arsenal”a məxsusdur – 14. “Mançester Siti” bu mövsüm İngiltərə Premyer Liqasında da qalib olmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin