Ten Haq: “Bu matçdan dərs aldıq”
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə Premyer Liqasının 28-ci turunun təxirə salınan “Brayton” ilə görüşünü (0:1) şərh edib.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, daha soyuqqanlı çıxış etməli olduqlarını bildirib:
“Əla qol fürsətlərimiz oldu. Birinci hissədə yaratdığımız imkanlarda qətiyyətli hərəkət etməliydik. Nəticədə, qapımızda qol gördük. Bu, olmamalı idi.
Hakimlər bir epizodda küncdən zərbədən öncə cərimə zərbəsi təyin etmədilər.
Biz qol şanslarından yararlanmalı, daha soyuqqanlı olmalı və görüşün son saniyələrində səhvlərə yol verməməliyik. Hər şey öz əlimizdədir. Bu matçdan dərs aldıq. Yola davam etməliyik”.
“Qırmızı şeytanlar” hazırda İngiltərə çempionatının turnir cədvəlində 63 xalla 4-cü, “Brayton” isə 55 xalla 6-cı pillədə qərarlaşıb.
Bizi Facebook-da izləyin