Ten Haq: “Biz “Mançester Yunayted”ə kuboklar gətirdik”
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq komandanın zəif nəticələri səbəbindən üzləşdiyi təzyiqlər fonunda müsbət düşünməyə davam edir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı “qırmızı şeytanlar”la iki il ərzində Liqa kubokunu və İngiltərə kubokunu qazandığını xatırladıb:
“Biz “Mançester Yunayted”ə kuboklar gətirdik. Xatırlayırsızsa, altı il əvvəl komanda bir dəfə də olsun kubok qazanmırdı. Beləliklə, biz geri qayıdırıq. Ancaq bizim hələ də yaxşılaşdıracağımız çox şey var”.
“Mançester Yunayted” Premyer Liqada oktyabrın 19-da “Brentford”la qarşılaşacaq. Ten Haqın komandası hazırda turnir cədvəlində 14-cü yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin