“Bayern” Ten Haq üçün danışıqlar aparıb
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq karyerasını “Bayern”də davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, son həftələr Münhen klubu ilə mütəxəssisin nümayəndələri arasında danışıqlar aparılıb.
Niderlandlı məşqçinin “Mançester Yunayted”dəki gələcəyi hələ müəyyənləşməyib. O, müqaviləsini 2025-ci ilə qədər davam etdirmək istəyir. Amma mövsümün sonunda postunu tərk etməli olsa, “Bayern”ə rəhbərlik etməyə hazırdır.
“Qırmızı şeytanlar” Premyer Liqanın 34 turundan sonra 54 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin