“Mançester Yunayted”in baş məşqçisi azarkeşlərə söz verdi

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “Nyukasl” üzərində qələbədən sonra (3:2) azarkeşlərə müraciət edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komandanın sona qədər qalib gəlmək üçün əlindən gələni edəcəyini söyləyib:

“Oyunçular, məşqçilər heyəti və öz adımdan mövsümboyu göstərdiyiniz əla dəstəyə görə hamınıza təşəkkür etmək istəyirəm. Mövsüm bizim üçün çətin oldu, amma dəstəyiniz həmişə olub. Bu mövsüm hələ bitməyib. Əvvəlcə “Brayton”u məğlub etmək üçün əlimizdən gələni edəcəyik, sonra “Uembli”yə gedib “Mançester Siti” ilə oynayacağıq. Və sizə söz verirəm ki, komanda qalib gəlmək və kuboku “Old Trafford”a gətirmək üçün hər şey edəcək”.

“Qırmızı şeytanlar” mayın 19-da “Brayton”la, mayın 25-də isə “Mançester Siti” ilə İngiltərə kubokunun finalında qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button