“Antoninin oyunu bu qədər tez tərk etməsi çox kədərlidir” – Ten Haq
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “Fənərbaxça” ilə UEFA Avropa Liqasının 3-cü tur matçında (1:1) braziliyalı vinger Antoninin zədəyə görə meydanı tez tərk etməsinə münasibət bildirib.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı, Antoninin oyunu bu qədər tez tərk etməsinin çox kədərli olduğunu söyləyib:
“O, çox şanssız idi. Çox məşq etdiyi üçün ona qarşı həqiqətən də yaxşı hiss edirdim. Məşqdəki nəticələri o qədər yaxşıdır ki, meydanda olmağa layiq idi. Oyunu bu qədər tez tərk etməsi çox kədərlidir. Ümid edirəm ki, onun zədəsi o qədər də pis deyil. Amma müayinənin nəticələrini öyrənmək üçün 24 saat gözləməli olacağıq”.
Antoni 73-cü dəqiqədə Markus Reşfordu əvəzləyib, lakin tezliklə zədələnərək, meydanı tərk etməyə məcbur olub.
Bizi Facebook-da izləyin