Tanınmış məşqçi “Qarabağ”ın rəqibinin “sükanı arxasına” keçə bilər

Fransa millisinin və PSJ-nin keçmiş baş məşqçisi Loran Blan “Qarabağ”ın UEFA Avropa Liqasındakı rəqibi olan Yunanıstan “Olimpiakos”unun “sükanı arxasına” keçə bilər.

Komanda.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira özünün “tvitter” hesabında məlumat verib.

Pirey təmsilçisinin əsas planı 57 yaşlı mütəxəssisi baş məşqçi postuna gətirməkdir. Fransalı məşqçi ilə 2 illik müqavilənin imzalanacağı gözlənilir.

O, bu postda istefaya göndərilən Karlos Korberanı əvəzləyəcək. 

“Qarabağ” “Olimpiakos”a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti matçını bir həftə sonra Bakıda keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button