Taffarel “Liverpul”da
Braziliya millisinin və “Qalatasaray”ın keçmiş qapıçısı Klaudio Taffarel “Liverpul”la anlaşıb.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, braziliyalı sabiq futbolçu “Liverpul”da qapıçılar üzrə məşqçi kimi fəaliyyət göstərəcək.
55 yaşlı Taffarel daha əvvəl “Qalatasaray”da və Braziliya yığmasında məşqçi kimi çalışıb. O, Türkiyə klubunda 2011-2016 və 2018-2019-cu illərdə qapıçı məşqçisi kimi işləyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin