“Təslim olmamışıq” – Elmar Baxşıyev
“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 0:2 hesabıyla məğlub olduqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
- Oyunun bizim üçün ağır keçəcəyini bilirdik. Oyuna itkilərlə çıxmışdıq. Həftə ərzində çalışdıq ki, bu boşluqları dolduraq. Ancaq oyun göstərdi ki, zədəli futbolçuların yerini doldura bilmədik. Rəqib layiqli qələbə qazandı.
- İki fərqli hissə gördük. İlk hissədə yaxşı oynayan “Qəbələ”, ikinci hissədə isə arxada gözləyən “Qəbələ”. Komanda avrokuboklara vəsiqə üçün lazım olan yeri tuta biləcək? Arada 8 xallıq fərq var.
- Belə fərqləndirməzdim. Ümumi oyun planında çatışmazlıq var idi. Bəzən oyunu bir neçə futbolçunun üzərində qurursan, onlar da olmayanda artıq alınmır. Ruhdan düşməmişik. Gələcək oyunlarda daha yaxşı olub, yuxarı pillələrə qalxmağa çalışacağıq. Biz təslim olmamışıq.
- Asif Məmmədovun erkən əvəzlənməsi nə ilə bağlıdır?
- O, komandamızın liderlərindəndir. Həddindən artıq çox oyun keçirir. Həm hücumda, həm də müdafiədə komandaya kömək olur. Deməzdim ki, o çıxdı deyə uduzduq və ya nəsə. İtkilərimiz var. Zədəlilərimiz sağalandan sonra daha yaxşı olacağıq.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin