“Təcrübəsizlikdən qaynaqlanan səhvlər etdim”

Bu gün “Araz Naxçıvan”ın heyətində ilk dəqiqədən meydana çıxan Cavad Məmmədov federasiyanın rəsmi saytına açıqlama verib.

Komanda.az xəbər verir ki, o, debüt matçını belə dəyərləndirib:

“Uşaqlıq arzularımdan biri Çempionlar Liqasında iştirak etmək idi. Bu gün klubumla ilk beynəlxalq oyuna çıxdım. Üzücü məqam komandanın məğlub olmasıdır. Biz bura mərhələ adlamaq, elit-raunda yüksəlmək üçün gəlmişdik. Buraxılan qollardan ikisində səhvə yol verdim. Xüsusilə də ikinci qolu qeyd edərdim. Çox çalışdım, amma təcrübəsizlikdən qaynaqlanan səhvlər etdim. Üçüncü qolda bəxtsizlikdən top ayağıma dəydi. Mübarizəni dayandırdığımıza görə üzgünəm. Üç ay idi hazırlaşırdıq, təəssüf ki, məqsədimizə çata bilmədik.

Çempionlar Liqasında ilk matçımın həyəcansız keçdiyini deyə bilmərəm. Tədricən təcrübə topladıqca həyəcan da olmayacaq. Bu halı “Neftçi”də oynayan vaxtlarda da yaşamışam. Hər dəfə “Araz Naxçıvan”, “Bakü Fire” kimi rəqiblərə qarşı oynayanda oyunun məsuliyyətindən irəli gələn həyəcan yaşayırdım. Qrupda son matcımız təşkilatçı ölkənin çempionuna qarşı olacaq. Reytinq xalları qazanmaq üçün “Mostar”la görüşdən qalib ayrılmağa çalışacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button